• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Zəlzələ bu şəhərlərdə dağıntılara səbəb oldu

DÜNYA

17 Iyun 2023 | 14:58

Zəlzələ bu şəhərlərdə dağıntılara səbəb oldu

Cümə günü axşam baş vermiş minimum 5,3 maqnitudalı zəlzələ nəticəsində Fransanın qərbində onlarla ev və bir neçə kilsə dağılıb.

Bakıvaxtı.az xəbər verir ki, Deux-Sevr departamentinin prefekturası bu barədə şənbə günü səhər məlumat yayıb.

Departament rəsmilərinin məlumatında bir nəfərin yüngül xəsarət aldığı və ona tibbi yardım göstərildiyi qeyd olunur. Zəlzələ mühüm maddi zərərə, o cümlədən daşların tökülməsinə, çatlara və damların qismən uçmasına səbəb olub.

Təhlükəsizliyi təmin etmək məqsədilə 35 nəfər müvəqqəti olaraq qohumlarının evlərinə və ya xüsusi şəhər meriyası tərəfindən ayrılan binalara köçürülüb.

Səhər saat 04:27-də seysmoloqlar ilkin zəlzələ rayonunda daha bir yeraltı təkan qeydə alıblar. Zəlzələnin maqnitudası 5,3-5,8 olaraq qiymətləndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026