• Bakı 21° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

İranda terror qruplaşması məhv edildi

DÜNYA

17 Iyun 2023 | 10:32 | Müəllif: Subhan Mahmudov

İranda terror qruplaşması məhv edildi

İran polisinin Sistan və Bəlucistan əyalətindəki komandiri briqada generalı Dustali Cəlilian iyunun 17-da təhlükəsizlik qüvvələrinin cənub-şərq əyalətində terrorçu qruplaşmasını məhv etdiyini bildirib.

Bakıvaxtı.az "Mehr" agentliyinə istinadla xəbər verir ki, bir qrup silahlı quldur ölkə ərazisində təxribat əməliyyatları keçirməyi planlaşdırıb.

"Müxtəlif təhlükəsizlik qüvvələrinin, o cümlədən kəşfiyyatın, hüquq-mühafizə orqanlarının sayəsində bu qrup fəaliyyətinin ilk günlərindən müəyyən edilib", - deyə Cəlilian açıqlayıb. 

O, əlavə edib ki, Camon rayonunun kəndlərindən birində qrup təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb və əməliyyat zamanı onlardan ikisi yerindəcə öldürülüb, digər dörd üzv isə həmin kəndin ətrafında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Silahlı qrupla qarşıdurma zamanı bir hərbçi ölüb, daha iki Bəsic döyüşçüsü isə yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026