• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ-də daşqın: 4 nəfər həyatını itirdi, 3-ü itkin düşdü

DÜNYA

17 Iyul 2023 | 01:00 | Müəllif: Subhan Mahmudov

ABŞ-də daşqın: 4 nəfər həyatını itirdi, 3-ü itkin düşdü

ABŞ-ın Pensilvaniya ştatında leysan yağışlar selə çevrilib. Təbii fəlakətdə 4 nəfər həyatını itirib, 3 nəfər isə itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatında yerləşən Upper Makefield qəsəbəsi güclü yağışların əsiri olub.

Polisin verdiyi açıqlamada 4 nəfərin öldüyü bildirilib. Axtarış-xilasetmə işlərinin davam etdiyi bölgədə 9 aylıq körpə, 2 yaşlı uşaq və bir qadın olmaqla 3 nəfərin itkin düşdüyü bildirilib.

Milli Hava Xidmətinin (NWS) verdiyi açıqlamada, Nyu-York, Boston və Filadelfiya kimi böyük şəhərlər də daxil olmaqla, Yeni İngiltərə və Orta Atlantik bölgələrinin leysan yağışına səbəb ola biləcək fırtınaların gözlənildiyi bildirilib. qərbdən yaxınlaşan soyuq hava dalğasından təsirlənir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026