Braziliyanın əksər ştatlarında genişmiqyaslı elektrik enerjisinin kəsilməsi hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ölkədə elektrik enerjisinin kəsilməsi ilə bağlı ilk insident avqustun 15-i səhər saatlarında qeydə alınıb. Milli Sistem Operatoru və Mədən və Energetika Nazirliyi saat 8-də baş vermiş nasazlığı səbəb kimi göstərsə də, dəqiq səbəbi açıqlamayıb.
San-Pauluda elektrik problemi bir neçə metro xəttinə təsir edib. Şimal-şərqdəki Bahia əyalətinin paytaxtı Salvador şəhərində metro sərnişinləri relslər boyu gəzmək məcburiyyətində qalıblar. Braziliyanın bir çox böyük şəhərlərində işıqforlar fəaliyyətini dayandırıb.
















