• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hindistan Ermənistanı SİLAHLANDIRMAĞA DAVAM EDİR

DÜNYA

14 Sentyabr 2023 | 19:41 | Müəllif: Subhan Mahmudov

Hindistan Ermənistanı SİLAHLANDIRMAĞA DAVAM EDİR

Hindistan Ermənistana 6 ədəd "ATAGS" haubitsası verib, daha 84-nü verməyi planlaşdırır.

Bakıvaxtı.az bildirir ki,  bu barədə Indian Defence Research Wing saytı məlumat verib.

Yerli müdafiə şirkəti Bharat Forge-nin rəhbəri Babu Kalyani bildirib ki, 155 mm-lik haubitsalar avqust ayında təhvil verilib.

Müdafiə sazişi 3 il ərzində Ermənistana ümumi dəyəri 155 milyon dollardan çox olan 90 ATAGS haubitsasının tədarükünü nəzərdə tutur.

Qeyd olunur ki, Bharat Forge müqaviləni vaxtından əvvəl yerinə yetirməyi planlaşdırır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026