Türkiyənin Bolu vilayətində 4,5 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) bildirib.
Məlumata əsasən, yeraltı təkanların ocağı 7,28 km dərinlikdən yerləşib.
















