"Vladimir Putin 2024-cü ildəki prezident seçkilərində namizədliyini irəli sürməklə bağlı hələ ki, qərar qəbul etməyib".
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətindən bildirib.
Onu sözlərinə görə, bu mövzu getdikcə siyasətçilərin və mütəxəssislərin daha çox diqqətini cəlb edir: "Bununla bağlı hələlik qərar verilməyib. Namizədliyi elan etmək vaxtı yaxınlaşır. Lakin hələ ki, qərar verilməyib, verilən kimi sizi məlumatlandıracağıq".
















