Hrant Dinkin qatili adını dəyişmək istəyir.
Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, qatil Ogün Samast Akçaabat Birinci İnstansiya Mülki Məhkəməsinə yazılı ərizə ilə müraciət edərək adının dəyişdirilməsini tələb edib.
16 il həbsdən sonra Ogün Samast "yaxşı davranışı"na görə vaxtından əvvəl azadlığa buraxılıb.
Qeyd edək ki, Ogün Samast 2007-ci ilin 19 yanvarında Hrant Dinkin öldürülməsində iştirakçı olub.
Hrant Dinkin qətlində təqsirli bilinən gənc vaxtından əvvəl azadlığa buraxılıbş Samast Türkiyənin qərbindəki Bolu vilayətindəki həbsxanada 16 il 10 ay yatdıqdan sonra azadlığa çıxıb. Jurnalist, “Aqos” qəzetinin qurucusu və baş redaktoru Samast Dink öldürüləndə 17 yaşında idi. 2011-ci ildə o, 23 il müddətinə azadlıqdan məhrum edilib.
Babək İdrsiov
















