• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Axtarışda olan cinayətkar İstanbulda HƏBS OLUNDU

DÜNYA

13 Dekabr 2023 | 10:15

Axtarışda olan cinayətkar İstanbulda HƏBS OLUNDU

İnterpol tərəfindən axtarışda olan mütəşəkkil cinayətkar qrup üzvü İstanbulda həbs olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” platformasında yazıb.

Nazir qeyd edib ki, İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən narkotik maliyyəçisi və mütəşəkkil cinayətkar qrup üzvü Muhuannad Aloqlah İstanbulda tutulub.

Yerlikaya əlavə edib ki, axtarışda olan şəxsin İstanbulda, Esenler rayonunda yaşadığı ünvan dəqiqləşdirilib və polis əməkdaşları “Kafes-19” əməliyyatı keçirərək onu həbs edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026