• Bakı 20° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Zelenskidən sərt XƏBƏRDARLIQ! – “…Rusiya bizi “əzəcək””

DÜNYA

12 Yanvar 2024 | 00:15 | Müəllif: Subhan Mahmudov

Zelenskidən sərt XƏBƏRDARLIQ! – “…Rusiya bizi “əzəcək””

Ukrayna prezidenti Vladimir Zelenski Baltik ölkələrinə səfərə yollanıb. O səfərinin ikinci günündə xəbərdarlıq edib.

Bakivaxti.az Fransanın “Lefigaro” qəzetinə istinadən xəbər verir ki, V.Zelenski estoniyalı həmkarı Alar Karislə birgə mətbuat konfransı zamanı bəyan edib ki, Ukraynanın Rusiya işğalına qarşı müdafiəsində istənilən fasilə yalnız Moskvanın yenidən silahlanmasına kömək edəcək və Rusiya Ukraynanı “əzəcək”:

 “Kremlə iki-üç il vaxt versəniz, o, bizi əzəcək. Bu riskə getmək olmaz. Rusiyanın xeyrinə heç bir fasilə olmayacaq”.  Döyüş meydanında, Ukrayna ərazisində fasilə müharibədə fasilə deyil. Bu, müharibənin sonu demək deyil. Bu nə Moskva nə də başqası ilə siyasi dialoq anlamına gəlmir”..

Zelenski ölkəsinə beynəlxalq yardımın vacibliyini vurğulayaraq, Macarıstanın 50 milyard avroluq Avropa yardımını əngəlləməsindən təəssüfləndiyini dilə gətirib:

 “Bizim mühüm maliyyə paketinin gecikməsi və tıxanması var, onsuz yaşamaq mümkün deyil,  hətta çətindir”.

Estoniyanın baş naziri Kaja Kallasla birgə mətbuat konfransında K.Kallas V.Zelenskiyə bildirib ki, Estoniya Ukraynanı qələbə qazanana qədər dəstəkləyəcək:“Azadlıq tiranlıqdan daha yaxşı silahlanmalıdır”.

K.Kallas həmçinin hökumətinin növbəti dörd il ərzində Ukraynaya hərbi yardım üçün ölkənin ümumi daxili məhsulunun (ÜDM) 0,25 faizini xərcləyəcəyini vəd etdi: "Ümid edirik ki, bu, hamıya nümunə olacaq".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026