• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hindistan BMT TŞ-nin daimi üzvü olmaq niyyətindədir

DÜNYA

10 Fevral 2024 | 20:30

Hindistan BMT TŞ-nin daimi üzvü olmaq niyyətindədir

Hindistan mütləq BMT Təhlükəsizlik Şurasının daimi üzvü olacaq, lakin bu, asan olmayacaq.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Avstraliyanın Pert şəhərində hind diasporu ilə görüşündə deyib.

"Biz orada olacağıq. Mən 100 % əminəm ki, biz orada olacağıq. Amma düzünü deyim ki, biz ora asanlıqla çatmayacağıq, çünki dünyada böyük rəqabət var", - nazir bildirib.

Cayşankarın sözlərinə görə, Hindistanı Təhlükəsizlik Şurasına daimi üzv olmaq yolunda əngəlləməyə çalışacaq qüvvələr var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026