Olaf Şolz və Co Bayden Vladimir Putinin Taker Karlsonla müsahibəsini ələ salıblar.
Bakıvaxtı.az “Bild”ə istinadən xəbər verir ki, Şolz Baydenlə görüşdə müsahibəni “gülünc” adlandırıb və hər iki siyasətçi Kreml lideri ilə amerikalı jurnalist arasındakı söhbətə “gülüb”.
“Biz Rusiya prezidentinin müsahibəsini gördük. Bu müharibənin səbəbləri haqqında tamamilə absurd hekayə danışılır. Çox aydın səbəb var. Bu, Rusiya prezidentinin və Rusiyanın Ukraynanın bir hissəsini ilhaq etmək istəyidir. Və bu barədə deyilən hər hansı hekayə onun imperialist niyyətlərinin məqsədinin dəqiq nə olduğunu dəyişdirmir”, - Şolz Vaşinqtonda mətbuat konfransında deyib.
















