• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ukrayna məğlub olsa, Aİ-yə 10 milyon qaçqın gələ bilər

DÜNYA

10 Fevral 2024 | 22:20

Ukrayna məğlub olsa, Aİ-yə 10 milyon qaçqın gələ bilər

Almaniya hökuməti hesab edir ki, Ukraynanın potensial parçalanması daha 10 milyona yaxın insanın ölkəni tərk etməsinə və onların da böyük əksəriyyətinin Qərbi Avropaya üz tutmasına səbəb ola bilər.

Bakıvaxtı.az xəbər verir ki “Welt am Sonntag” qəzeti bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.

Ekspertlər Ukraynanın məğlub olacağı təqdirdə Almaniyanın böyük qaçqın axını ilə qarşı-qarşıya qalacağını düşünürlər.

BMT-nin qaçqınların işləri üzrə Ali Komissarlığının məlumatına görə, indiyədək 6 milyondan çox insan Ukraynanı tərk edərək digər ölkələrə sığınmaq məcburiyyətində qalıb. Onların 5,9 milyonu Avropa ölkələrində qeydiyyatdadır. Almaniya Daxili İşlər Nazirliyi hazırda ölkədə təxminən 1,1 milyon ukraynalı qaçqının yaşadığını bildirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026