• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Rusiya səfiri Moldova XİN-ə çağırıldı

DÜNYA

11 Mart 2024 | 21:22 | Müəllif: Subhan Mahmudov

Rusiya səfiri Moldova XİN-ə çağırıldı

Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Moldova XİN paylaşıb.

Bildirilib ki, səfir XİN-ə martın 17-də Rusiyada keçiriləcək prezident seçkiləri üçün tanınmamış Dnestryanı bölgədə səsvermə məntəqələrinin açılması planları ilə bağlı mətbuatda yayılan məlumatlara görə çağırılıb.

“Rusiya diplomatı Moldovanın Dnestryanı bölgəsində seçki məntəqələrinin açılması qərarı ilə razılaşmadığı barədə məlumatlandırılacaq”, - paylaşımda vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR