• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Cənubi Afrika İsraili QINADI: 23min 469 nəfər ölüb

DÜNYA

12 Yanvar 2024 | 08:59 | Müəllif: Qalib İbrahimoğlu

Cənubi Afrika İsraili QINADI: 23min 469 nəfər ölüb

HƏMAS tərəfindən idarə olunan Qəzza zolağının Səhiyyə Nazirliyi yeni məlumat yayıb.

Bakıvaxtı.az Fransanın “LeMonde” qəzetinə istinadən xəbər verir ki, müharibənin 96-cı günündə İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində əksəriyyəti qadınlar, yeniyetmələr və uşaqlar olmaqla 23 469 nəfər ölüb. Şahidlərin sözlərinə görə, cəbhədə səhər tezdən İsrail aviasiyası ərazinin cənubundakı əsas şəhər olan və döyüşlərin episentrinə çevrilmiş Xan Yunes bölgəsinə zərbələri artırıb.

Bundan başqa, ordu İsraildən olan girovların keçdiyi tunellər də daxil olmaqla, geniş bir tunel şəbəkəsinin aşkarlandığını iddia edib. Girovların qohumları İsrailin cənubunda, Qəzza ilə həmsərhəd Nirimdə toplaşaraq, səsgücləndiricilər vasitəsilə saxlanılanların adlarını xatırladıblar.
Məqalədə qeyd olunub ki, Qəzza zolağında hərbi əməliyyatların intensivliyi 85 faizi köçkün düşmüş və bu hal hər şeydən məhrum olan 2,4 milyon sakin üçün davam edən sağlamlıq fəlakətini daha da ağırlaşdırır.

Yanvarın 1-dən 10-dək çatdırılması nəzərdə tutulan humanitar yardımın yalnız 14 faizi çatdırılıb, Birləşmiş Millətlər Təşkilatının humanitar koordinasiyaya cavabdeh agentliyi cümə axşamı bildirib ki, mərkəzdə və cənubda üç xəstəxananın bağlanmaq təhlükəsi var.

İsrail-HƏMAS savaşına dair beynəlxalq reaksiyalar gəlməkdə davam edir. Cənubi Afrika dekabr ayında İsrailin Qəzzada HƏMAS döyüşçülərinə qarşı apardığı müharibənin 1948-ci il Soyqırım Konvensiyasını pozduğunu iddia edib. Bununla bağlı 84 səhifəlik sənəd hazırlayıb, sənəddə İsrailin Qəzzada fələstinliləri öldürərək soyqırımı törətdiyini vurğulayıb.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR