Devid Kemeron Böyük Britaniyanın xarici işlər naziri postuna təyin olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazir Rişi Sunakın ofisindən bildirilib.
Məlumata görə, Kemeron 2010-2016-ci illərdə Böyük Britaniyanın Baş naziri postunda çalışıb.
O, yeni vəzifəsində Ceyms Kleverlini əvəz edəcək.
















