• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Blinken Səudiyyə XİN rəhbərilə görüşdü

DÜNYA

14 Oktyabr 2023 | 18:44

Blinken Səudiyyə XİN rəhbərilə görüşdü

ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Krallığın xarici işlər naziri şahzadə Faysal bin Fərhan Al Səud ilə danışıqlar aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Al Ekhbariya" televiziya kanalı xəbər verib.

ABŞ dövlət katibi və Səudiyyə Ərəbistanı xarici işlər naziri “Fələstin ərazilərində gərginliyin azaldılması yollarını” və Qəzza zolağında yaralılara tibbi yardım göstərmək üçün humanitar dəhlizlərin açılması imkanlarını müzakirə ediblər.

Bundan əlavə, tərəflər anklav sakinlərinin ərzaq və ilkin tələbat malları ilə təmin edilməsi probleminə toxunublar.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026