• Bakı 11° C

    0.24 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Asteroidin Yerə gətirilən nümunələri - FOTOLAR

DÜNYA

14 Oktyabr 2023 | 15:51

Asteroidin Yerə gətirilən nümunələri - FOTOLAR

NASA 4,5 milyard illik “Bennu” asteroidindən Yerə gətirilən nümunələrlə bağlı toplantı keçirib.

Bakıvaxtı.az xəbər verir ki, toplantıda kosmosun dərinliklərindən nümunələrin ilk görüntüləri və analizlər nəticəsində ortaya çıxan ilk tapıntılar paylaşılıb.

Görüntülərdə toplanmış nümunələrin qara toz və qayalardan ibarət olduğu görünür. NASA-nın məlumatına görə, ilkin tapıntılar 4,5 milyard illik asteroidin gözlənildiyi kimi karbonla zəngin olduğunu ortaya qoyub. Bundan əlavə, agentlik asteroiddə su olduğunu da açıqlayıb. Hər ikisinin həyatın təməl daşı olması bu araşdırmanın nə qədər əhəmiyyətli olduğunun göstəricisidir.

Qeyd edək ki, 2016-cı ildə başlayan tarixi “OSIRIS-Rex” missiyası 24 sentyabr 2023-cü ildə tamamlandı. Bu tarixdə NASA Yerə 4,5 milyard illik “Bennu” asteroidindən nümunələr gətirdi. Günəş sistemimizin əmələ gəlməsi haqqında da məlumat vermək potensialına malik olan nümunələr 17 gündür ABŞ-ın Texas ştatındakı Jahnson Kosmik Mərkəzində araşdırılıb.
 


Asteroidin Yerə gətirilən nümunələri - FOTOLARAsteroidin Yerə gətirilən nümunələri - FOTOLARAsteroidin Yerə gətirilən nümunələri - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR