Avqustun 15-i axşam saatlarında bütün Ukraynada hava xəbərdarlığı elan edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Respublikanın Rəqəmsal Transformasiya Nazirliyi məlumat yayıb.
Məlumata görə, Vinnitsa bölgəsində və Kiyevdə həyəcan sirenləri səslənib, bundan sonra siqnal bir neçə dəqiqə ərzində ölkənin bütün bölgələrində səsləndirilib.
















