Krım körpüsündə partlayış olub.
Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, nəticədə körpüdə bir aralıq çöküb.
İşğal edilmiş Krımın "rəhbəri" Sergey Aksyonovun sözlərinə görə, Krasnodar diyarından 145-ci dayaq sahəsində "fövqəladə vəziyyət" yaranıb.
Körpüdə hərəkətin tamamilə dayandırıldığı, körpünün girişində kilometrlərlə uzanan tıxacın yarandığı bildirilir.
“Mövcud vəziyyəti nəzərə alaraq yarımadanın sakinləri və qonaqlarından xahiş edirəm ki, Krım körpüsü ilə səyahət etməkdən çəkinsinlər və təhlükəsizlik baxımından yeni regionlar vasitəsilə alternativ quru yolu seçsinlər”, - Aksyonov bildirib.
Eyni zamanda, Rusiyanın "Telegram" kanallarının məlumatına görə, Krım körpüsünün aşırımının uçması nəticəsində azı 2 nəfər ölüb. Bir nəfər yaralanıb.
Murad Məmmədli















