Türkmənistanda zəlzələ olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
5 bal gücündə olan zəlzələnin episentri 68,2 min nəfərin yaşadığı Türkmənbaşı şəhərindən 34 km şimal-şərqdə, 47 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
















