Ukrayna Müdafiə Qüvvələri rus işğalçılarının arxa cəbhəsinə zərbələr endirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.
"Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində düşmənin şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə 10 zərbə endirib", - məlumatda vurğulanıb.
Bundan əlavə, Ukrayna raket qüvvələrinin bölmələri rus ordusunun bir idarəetmə məntəqəsini, iki zenit-raket kompleksini, 5 artilleriya silahını və düşmənin bir döyüş sursatı anbarını vurub.
















