• Bakı 22° C

    5.44 m/s

Fransadan İrana İsraillə bağlı xəbərdarlıq

DÜNYA

14 Oktyabr 2023 | 23:43 | Müəllif: Subhan Mahmudov

Fransadan İrana İsraillə bağlı xəbərdarlıq

Fransa İran və Hizbullahı İsrail və HƏMAS arasındakı müharibədən kənarda qalmağa çağırır və münaqişənin genişlənməsinə qarşı xəbərdarlıq edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yelisey sarayından yayılan məlumatda bildirilib.

“Fransa rəsmiləri İran hakimiyyəti, Hizbullah nümayəndələri və digər regional oyunçularla əlaqə saxlayır. Prezident Makron İsrail və Misir liderləri ilə də danışıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, Fransanın xarici işlər naziri Ketrin Kolonna bu gün səhər saatlarında Təl-Əvivə səfər edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026