• Bakı 20° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Qaribaşvili  üzr istədi

DÜNYA

13 Noyabr 2023 | 21:52

Qaribaşvili üzr istədi

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Çinin Tiflisdəki səfiri Çjou Qianı Gürcüstan Prezidenti Salome Zurabişvilinin sözlərinə görə üzr istəmək üçün görüşə dəvət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Vzqlyad” məlumat yayıb.

Qaribaşvili Zurabişvilinin Çin lideri Si Szinpinin uyğurların soyqırımına görə mühakimə oluna biləcəyi barədə bəyanatını qəti şəkildə qəbuledilməz adlandırıb və qeyd edib ki, bu, Gürcüstan hökumətinin və onun xalqının Çinə münasibətinə ziddir.

Gürcüstan hökumətinin başçısı vurğulayıb ki, bu, Zurabişvilinin Konstitusiyanı pozduğu və öz fəaliyyəti ilə ölkənin dövlət maraqlarına zərər vurduğu ilk hal deyil.

O, həmçinin Gürcüstan prezidentinin bəyanatlarının Tiflis ilə Pekin arasında inkişaf edən münasibətlərə xələl gətirməyəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, Zurabişvili bu sözləri Fransaya səfəri zamanı dilə gətirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026