• Bakı 18° C

    2.36 m/s

Netanyahu cəbhə xəttinə getdi - VİDEO

DÜNYA

14 Oktyabr 2023 | 22:08

Netanyahu cəbhə xəttinə getdi - VİDEO

İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın hücumundan ən çox zərər çəkən iki sərhəd icmasına - Beeri və Kfar-Azzaya baş çəkib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Report” “Times of Israel”ə istinadən xəbər verir.

Bu, Netanyahunun 1 000-dən çox insanın ölümü ilə nəticələnən 7 oktyabr hücumundan sonra ilk səfər olub.

İsrail Baş Nazirinin Ofisi Netanyahunun "dəhşətli qətllərin baş verdiyi evlərin xarabalıqları arasında gəzdiyini" bildirib.

Netanyahu “X” sosial şəbəkəsindəki hesabında sərhəddəki qoşunlara baş çəkməsini əks etdirən video yayımlayıb. "Qəzza zolağında, cəbhə xəttində döyüşçülərimizlə. Biz hamımız hazırıq", - videoda qeyd edilir. Videoda Netanyahu hərbçilərdən növbəti mərhələyə hazır olub-olmadıqlarını soruşur. "Növbəti mərhələ yaxınlaşır", - Baş nazir deyib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.


Netanyahu cəbhə xəttinə getdi - VİDEONetanyahu cəbhə xəttinə getdi - VİDEONetanyahu cəbhə xəttinə getdi - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026