Minlərlə insan fələstinlilərə dəstək olmaq və İsrailin Qəzza zolağına hücumu barədə məlumatlılığı artırmaq üçün Nyu Yorkda yürüş keçirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.
Şəhərin bir çox bölgələrində keçirilən etirazlarda nümayişçilər “Azad Fələstin” şüarları səsləndirib və İsrailin Fələstin torpaqlarını qanunsuz işğalına son qoymağa çağırıb.
















