• Bakı 17° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Ərdoğan gün ərzində neçə saat yatdığını açıqladı

DÜNYA

15 Sentyabr 2023 | 00:14 | Müəllif: Subhan Mahmudov

Ərdoğan gün ərzində neçə saat yatdığını açıqladı

Səhər saat 9-da işə gəlib, axşam 5-6 civarı qapısını örtüb gedən şəxsdən heç vaxt idarəçi olmaz.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında 108-ci Dönəm Kaymakamlıq Kursu Törənində çıxışı zamanı deyib.

“Ölkə idarəetməsi iş saatlarında ediləcək bir peşə deyil. Bizi təmsilən xidmət etdiyiniz ilçələrdə günün 24 saatı, ilin 365 günü çalışmağınızı, aktiv temp və motivasiya ilə işinizə sarılmağınızı gözləyirəm. Mən dövlət başçısı olaraq belə işləyirəm. 5-6 saat yatıram. Evə bəzən gecə saat 12, bəzən 1-də gedirəm. Əks təqdirdə mümkün deyil. Ona görə də sizdən də bunu gözləyirəm. Başqa cür nə millətlə güclü əlaqələr yarada bilərsiniz, nə də geridə miras buraxa bilərsiniz”, - deyə dövlət başçısı bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026