• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nəzarətdən çıxan "evsizlər böhranı" üçün 1,3 milyard dollarlıq həll

DÜNYA

18 Aprel 2023 | 17:22

Nəzarətdən çıxan "evsizlər böhranı" üçün 1,3 milyard dollarlıq həll

Los-Ancelesdə nəzarətdən çıxan “evsizlər böhranı”nın həlli üçün sığınacaq və müalicə proqramlarına 1,3 milyard dollar ayrılması təklif edilir.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu təkliflə Los-Anceles meri Karen Bass çıxış edib.

Keçmiş konqresmen Bass şəhərdəki vəziyyətlə bağlı Şəhər Şurasına illik müraciətində evsizlər üçün “rekord” büdcə təklif edib.

O, büdcəyə narkotikdən asılılığın müalicəsi üçün vəsait daxil ediləcəyini də deyib.

Əyalət qubernatoru Gavin Newsom şəhərə 500 müvəqqəti ev təslim etməyi öhdəsinə götürüb, Co Bayden administrasiyası isə evsizlər üçün proqramlara 200 milyon dollardan çox pul göndərib.

Şəhərdə illərdir evsizlərə yaradılan proqramlar üçün əhəmiyyətli xərclər edilib. Keçmiş mer Eric Garcetti 2021-ci ildə evsizlər üçün təxminən 1 milyard dollarlıq büdcə imzalasa da, evsizlərin sayı artmaqda davam edir. Şəhər üzrə 40 mindən çox evsizin yarısı narkotik və ya alkoqol asılılığı ilə mübarizə aparır.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026