Biz silahlı qüvvələrin, ehtiyat birliklərin müntəzəm məşqlərini keçiririk və ordunun modernizasiyası və transformasiyası prosesini həyata keçiririk.
Bakıvaxtı.az xəbər verir ki, bunu müsahibəsində Moldova müdafiə naziri Anatoli Nosatıy bildirib.
Onun sözlərinə görə, Moldova Müdafiə Nazirliyi əməliyyat imkanlarını artırmaq üçün gərgin işləyir:
“Prosesə köhnə sovet texnikasını NATO standartlarına uyğun olan yeniləri ilə əvəzləmək daxildir. Qeyd etmək istəyirəm ki, bu proses xeyli resurs tələb edir. Bundan başqa, şəxsi heyətin təlimi də lazımdır. Bu proses vaxt tələb edir və müqaviləmiz də buna imkan verir”.
















