Yaponiyada keçiriləcək G7 sammiti ərəfəsində ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayacaq.
Bakıvaxtı.az xəbər verir ki, cümə günündən bazar gününə kimi Yaponiyanın Xirosima şəhərində keçiriləcək G7 sammiti ərəfəsində ABŞ hökuməti Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayacağına işarə edib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki. bunu ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Jake Sallivan deyib. Onun sözlərinə görə, G7 bəyannaməsində əsas diqqət mövcud cəza tədbirlərinin həyata keçirilməsinə yönələcək.
Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar direktoru Con Kirbi son açıqlamasında Rusiya ilə İran arasında silah ticarəti ilə məşğul olanlara qarşı yeni sanksiyalar tətbiq edəcəklərini bildirib. ABŞ hesab edir ki, İran rəsmi Moskvanın hərbi dəstəkçiləri arasındadır və Rusiyanı irimiqyaslı PUA ilə təchiz edib.
Rusiyanın Ukraynadakı müharibəsi G7 sammitinin əsas gündəm maddələrindən biridir. Sallivan bildirib ki, Xirosimada keçiriləcək danışıqlarda Rusiyaya qarşı “sanksiyaların tətbiqi” və “onlardan yan keçmək üçün yaradılmış şəbəkələrin qeyri-funksional vəziyyətə salınması və boşluqların aradan qaldırılması” məsələləri müzakirə olunacaq.
Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, İngiltərə və ABŞ-dan ibarət G7-nin sammitində Avropa İttifaqının nümayəndələri də iştirak edir. Liderlər Yaponiyanın ev sahibliyi etdiyi sammitdə iştirak etmək üçün bu gün Xirosimaya səfər edirlər. Üç gün davam edəcək sammitdə Çinin “iqtisadi təzyiqi"nə qarşı tədbirlər, eləcə də Rusiyaya qarşı sanksiyalar müzakirə olunacaq. Ukrayna prezidenti Vladimir Zelenskinin videokonfrans vasitəsilə G7 ölkələrinin liderlərinə müraciət edəcəyi gözlənilir.
Ay Tac


jpg-1686999609.webp)

jpg-1686998865.webp)










