• Bakı 12° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"TikTok" çağırışı yeniyetmənin sonu oldu: Dəhşətli hadisə

DÜNYA

18 Aprel 2023 | 17:38 | Müəllif: Qalib İbrahimoğlu

"TikTok" çağırışı yeniyetmənin sonu oldu: Dəhşətli hadisə

ABŞ-ın Ohayo ştatında dəhşətli hadisə yaşanıb.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadla məlumatına görə, belə ki, 13 yaşlı Ceykob Stivens TikTok-da "Benadryl Challenge" adlı çağırışı yerinə yetirmək üçün həddindən artıq dozada dərman qəbul edərək dünyasını dəyişib.

Hadisədən dərhal sonra xəstəxanaya aparılaraq süni nəfəs aparatına qoşulan Stivens bütün müdaxilələrə baxmayaraq 6 gündən sonra dünyasını dəyişib.

Stevens, TikTok-da hallüsinasiyalara səbəb olan "Benadryl Challenge" adlı antihistamin tərkibli anti-allergik dərmanların həddindən artıq dozası səbəbindən ölüb.

Stevensin nənəsi "Bundan sonra başqa bir uşağın eyni şeyi yaşamaması üçün əlimdən gələni edəcəyəm" deyib.

Yeniyetmənin ailəsi Benadryl kimi dərmanların alınmasını yaşla məhdudlaşdırmaq üçün konqresə təzyiq etməyə çalışır.

Stivensin dostu tərəfindən paylaşılan videoda 13 yaşlı yeniyetmənin sosial mediada çağırışını yerinə yetirdikdən sonra qıcolmaya başladığı görünür.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026