• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zelenski NATO-nu Rusiyaya cavab verməyə ÇAĞIRDI

DÜNYA

16 Noyabr 2022 | 00:54 | Müəllif: Subhan Mahmudov

Zelenski NATO-nu Rusiyaya cavab verməyə ÇAĞIRDI

Rusiyanın terroru təkcə dövlət sərhədlərimizlə məhdudlaşmır, Rusiya raketləri Polşanı da vurdu.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.

Prezident qeyd edib ki, Rusiya nə qədər cəzasızlıq hiss etsə, bir o qədər çox təhlükəli olacaq. 

"NATO ərazisinə raket zərbələri endirildi. Bu, Rusiyanın kollektiv təhlükəsizliyə raket hücumudur. Bu, çox əhəmiyyətli bir eskalasiyadır. Biz hərəkət etməliyik", - Zelenski dünya güclərinə səslənib.

Xatırladaq ki, Rusiya ordusu bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşüb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026