• Bakı 26° C

    1.31 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Zelenski onlara sanksiya tətbiq etdi

DÜNYA

20 Iyul 2025 | 18:38

Zelenski onlara sanksiya tətbiq etdi

Ukrayna prezidenti Volodimir Zelenski iki rusiyalı və üç ukraynalıya Ukrayna əleyhinə təbliğatda iştirak etdiklərinə görə sanksiya tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, müvafiq fərman Ukrayna prezidentinin saytında dərc olunub.

Sanksiya siyahısına rusiyalı jurnalist Yuliya Latınina (Rusiya Federasiyasında xarici agent kimi tanınır), rusiyalı müharibə müxbiri Tatyana Aksenenko, ukraynalı bloger Andrey Serebryanski (“Andrey Luqanski”), həmçinin Ali Radanın keçmiş deputatları Gennadi Balaşov və Natalya Korolevskaya daxildir.

Ukrayna prezidentinin müşaviri Vladislav Vlasyukun jurnalistlərə verdiyi məlumata görə, sanksiyalar “Ukraynanın müdafiə qabiliyyətini sarsıtmağa, anti-Ukrayna təbliği etməyə və Rusiya Federasiyasının silahlı təcavüzünü qanuniləşdirməyə yönəlmiş informasiya kampaniyalarında iştiraka görə” tətbiq edilib.


SON XƏBƏRLƏR

19 Iyul 2025