• Bakı 22° C

    15.63 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Zelenski Trampla Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək

DÜNYA

21 Iyun 2025 | 22:36

Zelenski Trampla Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla 24-25 iyunda Haaqada keçiriləcək NATO sammitində görüşə bilər.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna lideri Niderlanda gedəcəyinə hələ əmin olmadığını, lakin bu səfərin böyük ehtimalla baş tutacağını bildirib.

Zelenski deyib: "Sammitdən bir gün əvvəl qərar verəcəm. Sözsüz ki, bir neçə görüş keçirmək istəyirəm”.

O qeyd edib ki, Trampla görüş çox vacibdir, lakin onun Haaqaya səfəri ABŞ lideri ilə təmaslardan asılı deyil.

Məlumata görə, görüş baş tutsa, liderlər Rusiyaya qarşı sanksiyalar və təzyiqləri müzakirə edəcəklər.


SON XƏBƏRLƏR

21 Iyun 2025