• Bakı 19° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Zeynab Kazımova bu mərkəzə müdir təyin olundu

MEDİA

12 May 2022 | 12:09

Zeynab Kazımova bu mərkəzə müdir təyin olundu

Zeynab Kazımova Bakı Slavyan Universitetinin (BSU) Mətbuat və informasiya mərkəzinə yeni müdir təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Z.Kazımova sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, bu mərkəz həm sözügedən ali təhsil ocağının media ilə əlaqələrini, həm BSU TV və radiosunun fəaliyyətini, həm də bu Mərkəzin iş planına uyğun olaraq, müvafiq layihə və təlimləri koordinasiya edəcək: "Bu fəaliyyətin peşəkar və yüksək səviyyədə həyata keçirilməsi üçün əziz həmkarlarım, media nümayəndələri - sizinlə əməkdaşlığımız, ünsiyyətimizin hər zamankı kimi yüksək səviyyədə olacağına əminəm".

Z.Kazımova qeyd edib ki, bundan əvvəlki qurumlarda olduğu kimi, burada da təmsil etdiyi qurumun nüfuzunun qorunması, media ilə işin yüksək səviyyədə qurulması, işə peşəkarlıqla və vicdanla yanaşılması prinsiplərinə sadiq qalacaq.

"Hər zamankı kimi, üzərimə düşən vəzifənin öhdəsindən layiqincə, vicdanla gələrək, xalqıma, dövlətimə faydalı olmağı davam etdirəcəyəm", - deyə Zeynab Kazımova əlavə edib.

Aytac Aslan

 

 


SON XƏBƏRLƏR