• Bakı 14° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

Zeynəb Xanlarovanın yeni fotosu yayıldı

MƏDƏNİYYƏT

07 Dekabr 2022 | 09:50

Zeynəb Xanlarovanın yeni fotosu yayıldı

Xalq artisti Zeynəb Xanlarovanın yeni fotosu yayılıb. 

Bakıvaxtı.az xəbər verir ki, şəkli stilist Rəşad Əliyev paylaşıb. 

Rəşad fotoya "İnsan sevdiklərini vəsf edə bilmir: ancaq dünən, bu gün və sabah da tarixin əfsanəsini necə vəsv etməyim? SSRİ Xalq artisti, dünya şöhrətli, dünyanın Zeynəbi. Dünya da Zeynəbi çox sevir, bu, gerçəkdir. Uşaqlığımı onunla xatırlayıram. Gəncliyimin, bu günümün yeganə real varlığıdır. Düşünürəm ki, o, həyatımda olmasa, mən də yalan olaram. Allah sizə can sağlığı versin. Uzun müddətdən sonra canlı əfsanə Zeynəb Xanlarovanın yeni rəsmi", - deyə yazıb. 

Qeyd edək ki, Z.Xanlarova uzun müddətdir heç bir tədbirə və televiziya proqramına qatılmır. 


SON XƏBƏRLƏR