• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Məleykə Əsədova  2023-dən bunları arzu edir

MƏDƏNİYYƏT

05 Yanvar 2023 | 11:51

Məleykə Əsədova 2023-dən bunları arzu edir

"Çox şükür olsun 2022-ci ildə əsas sağlam olduq. Qızım universitetə daxil oldu".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova sosial şəbəkə hesabında yazıb. Aktrisa ötən il etdiklərindən və yeni arzularından bəhs edib:

"Həmişəki kimi yenə də yeni tamaşa, möhtəşəm obraz - "Xurşudbanu Natəvan" tamaşasında Xurşud Banu obrazını uğurla canlandırdım. Bu il ərzində teatrda hər ay tamaşalarla səhnəyə çıxdım və tamaçaçı alqışı, sevgisi gördüm. Çox şükürlər olsun!

İnşallah, bu il də arzularım çoxdur, hələ ötən ildən qalan arzularım var. Mənim arzum tükənmir, arzudan arzu doğur. Çünki həyat davam edir.İnanıram ki, bu il sağlam canla arzularıma çatacağam". 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026