• Bakı C

    7.94 m/s

  • USD - 1.7

    EUR - 1.8403

    RUB - 0.0183

Natiq Dağlaroğlu onu bıçaqlayan şəxsdən pul alıb? - AÇIQLAMA

MƏDƏNİYYƏT-ŞOU

03 Fevral 2023 | 17:11

Natiq Dağlaroğlu onu bıçaqlayan şəxsdən pul alıb? - AÇIQLAMA

Müğənni Natiq Dağlaroğlu onu bıçaqlayan şəxsdən 9 min manat alması məsələsinə aydınlıq gətirib. 

Bakıvaxtı.az xəbər verir ki, "Gəl danış" verilişinə qonaq olan ifaçı onu bıçaqlayan şəxsin xəstəxananın bəzi xərcini ödədiyini söyləyib:

"7 gün komada olmuşam. Gəlib kassadan borcumu öyrənib, ödəyiblər. Bu da el adətidir. Üç ay xəstəxanada yatdığıma görə 23-24 min manat xərcim çıxıb. 9 min manatı nə edirəm? Elə avtomobilimi satardım. Onlar kimlərinsə əli ilə 15 min manata yaxın pul gətirmişdilər. Dedim ki, istəmirəm".

Dağlaroğlu bildirib ki, qarşı tərəf onunla bağlı yalan xəbərlər yayıb:

"Şadlıq evinin müdirinin adından böhtan danışdılar. Bəzi saytlar hadisə ilə bağlı xəbərlər yazdılar. Dedim ki, baş verənlər heç də onların dediyi kimi deyil. Dedilər ki, güya toyda məni bıçaqlayıblar. Amma məni toy bitəndən bir saat sonra kənarda bıçaqlayıblar. Orada olub ofisantlar, beş musiqiçim, bir də müğənni Habil Laçınlı. Onlar da deyir ki, qısa anlaşılmazlıq olub. Heç bilmədim ki, mənə bıçaq dəyib. Onlar məni bıçaqladıqdan sonra zala qaçdılar. İndi həbsdə olan həmin o Məmməd də vardı onların arasında. Başqa orada 16-17 nəfər vardı. Zala girib dedim ki, məni vuranları tapacağam. Amma o vaxt zalda təmizlik işlərinə baxan qadınlar vardı. Orada sakit dayandım. Əgər mən orada söyüş söymüşəmsə, nəslimə getsin. Deyirlər ki, kimisə və kimlərisə orada təhqir edib, söyüş söymüşəm. Mənim ofisiantla nə işim? Övladım var. Mən ofisiantı təhqir edənəm? Mən xalqla çörək qazanıram. Xalqın övladını heç təhqir edə bilərəm cəmiyyət içində? 

Güya ki, kimisə söymüşəm, ona görə də məni vurublar. Məmməd bunu deməyib. Xəbər də göndərib. Onlar ətrafımı gördülər ki, mən kiməm. O hörməti, nüfuzu, elin hörmətini özüm qazanmışam. Gördüm ki, əlim bulaşıb qana. Qanlı əllərimi isə sürtmüşəm oğlumun ağ köynəyinə. Ona söylədim ki, nəsə olub, o isə dedi ki, ata heç nə olmayıb. Amma ayaqlarımın əsməsini hiss etdim. Əsəbiləşmişdim. Arxaya çevrildim, gördüm ki, ayaqqabımın dabanından qan axır. Dəhşətli bir hadisə idi. İnanmıram ki, sağ qalmışam. Əlimi atdım belimə, gördüm ki, bütün paltarım qan içindədir. Heç kim orada mənə yardım etmədi. 

Reanimasiyadan çıxdım, Allah məni bağışladı, mən də onları. Amma orada bağışlanmayacaq adamlar var. Pulu, varı-dövləti olan adamlar var ki, Allahı unudurlar. Allah hər şeyi görür. 9 min manatı da alsam, heç kimdən çəkinmirəm".

İfaçı xəstəxanada olduğu ərəfədə çox toya gedə bilmədiyini, ziyana düşdüyünü açıqlayıb:

"Vurmusan, get cəzanı çək. O ərəfədə 24 toyum vardı. Bütün toyların behini qaytarmışam. Onlar mənim vəziyyətimlə heç maraqlanmadılar ki, bu qədər toylarım rədd olunub. 

Mən adam tutduran, şərəfini satan insan olsaydım, orada tək Məmmədi deyil, bir çox insanları tutdurardım. Çünki bu hadisə qrup şəklində olub. İndi oturub, artıq-əskik saytlara məqalələr yazdırırlar.

Deyir ki, 9 min manatı alıb, amma şikayətçi olduğumu bildirib. Sonra güya məni təkid ediblər. Üç dəfə Ağır Cinayyətlər Məhkəməsinə dəvət etdilər. Getmək istəmirdim, çünki o ərəfədə xəstələnmişdim. Amma getdim, orada Məmmədin yaxınlarını gördüm. Yenə də onlarla görüşüb, danışdım. Onlar düşünürdülər ki, orada ayrı şeylər danışacağam. Dedim ki, bağışlayan Allahdır".

Qeyd edək ki, Natiq Dağlaroğlu ötən ilin iyulunda toyda bıçaqlanmışdı. 


SON XƏBƏRLƏR

24 Fevral 2024