• Bakı C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

"Bircə səhv bəs edir ki, ayrılasan" - Faiq Ağayev

MƏDƏNİYYƏT-ŞOU

03 Fevral 2023 | 11:07

Bircə səhv bəs edir ki, ayrılasan - Faiq Ağayev

"Sevginin dərəcəsi var. Bağlılığa bağlıdır, zəncirdir. Sevgi olan yerdə insanın yüz yox, min səhvini bağışlaya bilərsən. Amma hərdən bircə hərəkət bəs edir ki, ayrılığa qərar verəsən. Səhvləri görmədiyin anlar aşiqlik dövrüdür. Ondan sonra dərk edilən dövrə keçəndə yüngülvari soyuqqanlı olursan".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "Mədəniyyət TV"də qonaq olarkən deyib. Sevgidən danışan müğənni bunları əlavə edib:

"Çünki aşiqlik vaxtı biz özümüzü gülməşəkər göstəririk. Bizdə olmayan xüsusiyyətləri göstərməyə çalışırıq. Bu, hər bir canlıya xas olan hərəkətdir. Amma o aşiqlik sevgiyə keçirsə, zaman keçir, xasiyyətlər oturuşur, isinişirsən. Görürsən bu səhvi var, amma keçirsən, heç dilə gətirmirsən. Yüngül səhv olanda deyirsən, əzizim, etmə də, yaxşı deyil. Amma insan doğrudan aşiq olanda onda məcnunluq da edə bilər. Öz sevgisini dəfn də edə bilər. Ona görə də ehtiyyatlı olmaq lazımdır". 


SON XƏBƏRLƏR

28 Mart 2024