Fransalı mütəxəssis Zinəddin Zidan yaxın gələcəkdə məşqçiliyə qayıtmaq niyyətində deyil.
Bakıvaxtı.az-ın "Marca"ya istinadən məlumatına görə, sabiq futbolçu "Mançester Yunayted" (İngiltərə), "Yuventus" (İtaliya), PSJ (Fransa) və "Bavariya" (Almaniya) kimi klublardan dəfələrlə gələn təkliflərdən imtina edib.
Bu qərarın səbəbi mütəxəssisin "Real"dan başqa heç bir komandada işləməmək istəyi ilə əlaqələndirilir. Həmçinin onun yalnız Fransa millisini çalışdırmaq istədiyi söylənilir.
Qeyd edək ki, Z.Zidan məşqçilik karyerası ərzində yalnız "Real"la işləyib. O, 2016-2018 və 2019-2021-ci illərdə komandaya rəhbərlik edib.