• Bakı 18° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

"Beşiktaş" UEFA Avropa Liqasında qələbə qazanıb

İDMAN

22 Yanvar 2025 | 21:51 | Müəllif: Subhan Mahmudov

"Beşiktaş" UEFA Avropa Liqasında qələbə qazanıb

Türkiyənin "Beşiktaş" klubu UEFA Avropa Liqasında qələbə qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, VII turunun qarşılaşmasında "ağ-qaralar" doğma meydanda İspaniyanın "Atletik" (Bilbao) komandasına 4:1 hesabı ilə qalib gəliblər.

İstanbul təmsilçisinin heyətində Milot Raşiça (17, 60), Rafa Silva (77) və Joau Mariu (90+2) fərqlənib. Qonaqların heyətində isə Unai Qomes (45) diqqət mərkəzinə düşüb.

Ule Qunnar Solskyaerin baş məşqçisi olduğu kollektiv xallarının sayını 9-a çatdıraraq turnir cədvəlində 18-ci sırada yer alıblar. "Atletik" isə 16 xalla ikinci yerdədir.

Qeyd edək ki, açılış matçında "Qalatasaray" Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə heç-heçə edib - 3:3. VII turun digər matçları yanvarın 23-də baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026