• Bakı C

    8.64 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

“Real”ın şikayəti rədd OLUNDU

İDMAN

21 Fevral 2025 | 20:49

“Real”ın şikayəti rədd OLUNDU

Apelyasiya komitəsi "Real"ın futbolçusu Cud Bellinqemin iki oyunluq cəzasının ləğvi ilə bağlı müraciətini rədd edib. 

Bakıvaxtı.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi La Liqada növbəti iki matçı buraxmalı olacaq. Bunlar "Jirona" və "Betis"ə qarşı görüşlərdir. 

Xatırladaq ki, La Liqanın 24-cü turunda Madrid komandasının "Osasuna" ilə matçın (1:1) 39-cu dəqiqəsində Bellinqem hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə almışdı. Ona görə də 21 yaşlı oyunçu 2 oyunluq cəzalandırılıb. 

Qeyd edək ki, "Real"ın baş məşqçisi Karlo Ançelotti və Bellinqemin özü onun hakimə qarşı təhqiramiz ifadələrin işlətdiyini inkar ediblər. Daha sonra isə klub rəhbərliyi tərəfindən verilən cəza şikayət edilib. Lakin İspaniya Kral Futbol Federasiyası hakimin qərarının səhv olması ilə bağlı sübut tapmayıb. 


SON XƏBƏRLƏR

21 Fevral 2025