• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Joze Alvalade"dən başımı dik tutaraq ayrılmaq istəyirəm" - Ronaldo

İDMAN

23 Mart 2025 | 17:12 | Müəllif: Gülşən Şərif

"Joze Alvalade"dən başımı dik tutaraq ayrılmaq istəyirəm" - Ronaldo

 Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Millətlər Liqasının 1/4 final mərhələsinin Danimarka ilə bu gecə keçiriləcək cavab oyunu ilə bağlı danışıb.

Bakıvaxtı.az xəbər verir ki, 40 yaşlı hücumçu ilk görüşdə yaxşı oynamadıqlarını etiraf edib: 

“Ölkəmizi təmsil etməkdən qürur duyan hər kəsin qalib gəlmək arzusu olmalıdır. Mən 90 dəqiqə ərzində oyunları uduzmuşam, amma heç vaxt ilk görüşdə məğlub olmamışam. Bizi ikinci hissə gözləyir. İlk oyunda nə mən yaxşı oynadım, nə də komanda. Amma bu, həyatın bir hissəsidir. Başımı dik tutaraq "Joze Alvalade"dən ayrılmaq istəyirəm".

Qeyd edək ki, Portuqaliya millisi Danimarkada keçirilən ilk görüşdə 0:1 hesabı ilə uduzub. Cavab matçı bu gecə Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026