• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan çempionatının oyunları təxirə salındı

İDMAN

21 Fevral 2025 | 19:08 | Müəllif: Subhan Mahmudov

Azərbaycan çempionatının oyunları təxirə salındı

Futbol üzrə Azərbaycan çempionatının II Liqasının matçları təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

    Buna səbəb paytaxtda və regionlarda mövcud olan, eləcə də davam edəcəyi proqnozlaşdırılan qarlı hava şəraiti olub.

    PFL II Liqanın 24-25 fevral tarixlərində keçirilməsi nəzərdə tutulan oyunlarının təxirə salınmasına qərar verib. Oyunların 27, 28 fevral və 1 mart tarixlərində keçirilməsi qərara alınıb.

    Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026