• Bakı 22° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Zirədə istixanadan dəyəri 5 min manatdan çox olan avadanlıq oğurlanıb

HADİSƏ

18 Yanvar 2025 | 13:05

Zirədə istixanadan dəyəri 5 min manatdan çox olan avadanlıq oğurlanıb

Xəzər rayonu Zirə qəsəbəsi ərazisində yerləşən istixanadan dəyəri 5 min manatdan çox olan avadanlıq oğurlanıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəsəbə ərazisində yerləşən istixanadan 5 min 575 manatlıq oğurluq edilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 31 yaşlı C.Heydərli və 22 yaşlı R.Xələfov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026