• Bakı 18° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Göyçayda müəllim evində ölü tapıldı

HADİSƏ

17 Fevral 2025 | 10:01

Göyçayda müəllim evində ölü tapıldı

Göyçayda mənzildən meyit tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, fevralın 15-də Göyçay şəhər 3 saylı tam orta məktəbin müəllimi Məhəbbət Rəsulova ilə əlaqə saxlaya bilməyən yaxınları hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Fevralın 16-sı saat 18 radələrində FHN-in rayon şöbəsinin əməkdaşları M.Rəsulovanın yaşadığı mənzilin qapısını qıraraq evə daxil olublar. Müəllimin evdə vəfat etməsi məlum olub.

Onun hansı səbəbdən həyatını itirməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026