• Bakı 11° C

    17.47 m/s

  • USD - 1.7

    EUR - 1.855

    RUB - 2.0347

"Neft Daşları"nda kran dənizə düşdü: ölən var

HADİSƏ

18 Mart 2025 | 21:23

Neft Daşlarında kran dənizə düşdü: ölən var

“Neft Daşları”nda kran tarazlığını itirərək dənizə düşüb.

Bu barədə Bakıvaxtı.az-a SOCAR-ın “Azneft” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, bu gün saat 16:25 radələrində “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma idarəsinin 4 saylı Neft və qazçıxarma sahəsində “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti quraşdırma bölümü tərəfindən aparılan təmir işləri zamanı “Libher Gravleer” markalı tırtıllı kran tarazlığını itirərək dənizə düşüb.

Hadisə nəticəsində kranın maşinisti Tağıyev Zahid Ramazan oğlu həyatını itirib.

Mərhumun nəşi saat 18:10 radələrində tibbi təyinatlı helikopterlə sahilə çıxarılıb.


SON XƏBƏRLƏR

18 Mart 2025