Ağdərədə azyaşlı 5-ci mərtəbədən yıxılaraq ölüb.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb. 2022-ci il təvəllüdlü Ömər Ağazadə yaşadıqları binanın 5 mərtəbəsinin eyvanından yıxılıb.
Azyaşlı xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma başlanıb.