• Bakı 23° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Ziya Bünyadov prospekti ilə bu yolun kəsişməsində hərəkət quruluşu dəyişib

CƏMİYYƏT

16 Iyul 2025 | 16:10

Ziya Bünyadov prospekti ilə bu yolun kəsişməsində hərəkət quruluşu dəyişib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu ilə kəsişməsində yol hərəkətin təşkili üzrə dəyişiklik edib.

Bu barədə  Bakıvaxtı.az-a AYNA-dan bildirilib.

Məlumata görə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” ilə Böyükşor–Pirşağı avtomobil yolunun Müzəffər Nərimanov küçəsi ilə əlaqələndirilməsi məqsədilə müxtəlifsəviyyəli yol ötürücülərinin tikintisi nəzərdə tutulub. Hazırda müvafiq tapşırığın icrası ilə əlaqədar layihələndirilmə işləri davam etdirilir. AYNA , Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları qeyd olunan yolda monitorinqlər keçiriblər.

Monitorinqlərin nəticəsinə əsasən, bu müddətdə həmin ərazidə yol hərəkəti təhlükəsizliyinin artırılması, nəqliyyat vasitələrinin nizamlı hərəkətinin təmin edilməsi və nəqliyyat sıxlığının azaldılması məqsədilə qısamüddətli həll olaraq işıqforların quraşdırılması və yol hərəkətinin yenidən təşkili barədə qərar qəbul edilib. Artıq ərazidə işıqfor obyektləri quraşdırılıb və onların fazaları müəyən edilib, müvafiq nişanlanma işlərinin təşkili həyata keçirilib. Qısa vaxtda təqdim edilmiş həll test rejimində işə salınıb. Ərazidə nəqliyyat axınlarının monitorinqi həyata keçiriləcək.


SON XƏBƏRLƏR