• Bakı 28° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

lk köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb - YENİLƏNİB

CƏMİYYƏT

15 Avqust 2025 | 15:25

lk köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb - YENİLƏNİB

İlk köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, ilk mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 22 ailə - 83 nəfər köçürülüb.

    ***

    13:33

    Ağdərə rayonunun Vəngli kəndinə ilk köç karvanı yola salınıb.

    Bakıvaxtı.az xəbər verir ki, ilkin mərhələdə kəndə 22 ailə (83 nəfər) köçürülür.

    Köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

    Bu mərhələdə Vəngli kəndində Kürdəmir rayonundan 12 ailə (43 nəfər), Bərdə rayonundan 3 ailə (12 nəfər), Qax rayonundan 2 ailə (9 nəfər), Füzuli rayonundan 1 ailə (6 nəfər), Sumqayıt şəhərindən 1 ailə (5 nəfər), Oğuz rayonundan 1 ailə (4 nəfər), Ağdam rayonundan 1 ailə (3 nəfər), Bakı şəhərindən 1 ailə (1 nəfər) məskunlaşacaq.

    Qeyd edək ki, bununla Ağdərə rayonunun 5 yaşayış məntəqəsinə (Talış, Həsənriz, Suqovuşan, Kolatağ, Vəngli) 407 ailənin (1420 nəfər) köçürülməsi təmin olunacaq.


    SON XƏBƏRLƏR